11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeElm və TəhsilSadaxlı Təhsil və İnteqrasiya Mərkəzində görüş keçirilib

Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzində görüş keçirilib

Gürcüstanın Marneuli rayonunun Sadaxlı qəsəbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən “Təhsil və İnteqrasiya Mərkəzi”ndə yeniyetmələrə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündən bəhs olunub.

Regionpress.ge xəbər verir ki, Mərkəzin rəhbəri Samir Şərifov Azərbaycanın dövlətçilik və hərb tarixi, Azərbaycan silahlı qüvvələrinin yaranması, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Müasir və qüdrətli Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu vurğulanıb. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğun yeni mərhələyə qədəm qoyduğu qeyd edilib. Bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, Azərbaycan Silahlı Qüvvələrinin güclü orduya çevrilməsinə zəmin yaratdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Tədbirdə, həmçinin Azərbaycan və Gürcüstan arasında hərbi və digər sahələrdə uğurlu əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments