15 oktyabr 2024-cü il tarixində Gürcüstan Prezidenti Salome Zurabişvili 12 məhkumu əfv edib.
Regionpress.ge məlumat verir ki, bu barədə Prezident Administrasiyası məlumat verib.
Bildirilib ki, əfv olunanlardan 9-u cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə şəklində təyin olunmuş cəzanın qalan hissəsini çəkməkdən tamamilə azad olunub. 2 Məhkumun isə cəzaçəkmə müəssisəsində çəkməli olduğu cəza müddəti azaldılıb. Əfv aktı həmçinin şərti olaraq məhkum edilmiş bir şəxsə də aid olub və o, şərti azadlıqdan məhrum etmənin qalan hissəsindən tam azad edilib.
Əfv edilən şəxslərin kimliyi məlum deyil.


