Prezident artıq bütün normaları, Konstitusiyanı, qanunları və insan əxlaqı normalarını pozub.
Regionoress.ge xəbər verir ki, bunu Şalva Papuaşvili bildirib.
Salome Zurabaşvili yeni seçilmiş prezidentin andiçmə mərasimindən – 29 dekabrdan etibarən Gürcüstanın prezidenti olmayacaq. Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
Hazırda Gürcüstan parlamentinin binasında altıncı prezident seçkiləri keçirilir. Səsvermə prosesi saat 14:00-dək davam edəcək, bundan sonra MSK səsləri hesablayaraq qalibi elan edəcək.


