Avtomobillərin ön və yan şüşələrinin tündləşdirilməsi qaydalarında dəyişiklik edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qurumun icazəsi olmadan ön və yan şüşələrin 60%-ə qədər tündləşdirilməsi mümkün olacaq. Dəyişiklik bu gündən, iyulun 3-dən qüvvəyə minib.
İndiyə qədər, icazəsiz, yalnız 40% -ə qədər ön və yan şüşələrin tündləşdirilməsi mümkün idi.
Dəyişiklik sürücünün arxasında oturan sərnişinlərin yan tərəfində yerləşən yan şüşələrə təsir etməyib. Onları 75% -ə qədər tündləşdirilməsi hələ də mümkün olacaq.


