“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları bu gün saat 10:00-da parlamentə toplaşacaqlar.
Saat 10:00-dan Tbilisinin müxtəlif universitetlərinin tələbələri universitetlərdən parlament binasına doğru yürüş edəcək.
Qeyd edək ki, ötən gün parlamentin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Bu gün isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni qəbul edəcəyi gözlənilir.


