Gürcüstanın təhsil, elm və gənclik naziri Aleksandre Tsuladze Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin direktorunun məktubu əsasında 2025-ci ilin vahid milli imtahan proqramını təsdiqləyib.
Regionpress.ge xəbər verir ki, imtahan proqramı 12 fənn üzrə təsdiq edilib: gürcü dili və ədəbiyyatı; riyaziyyat; xarici dillər; tarix; biologiya; coğrafiya; fizika; kimya; ümumi qabiliyyət; ədəbiyyat; vətəndaş təhsili; təsviri və tətbiqi sənət.


