Çar Parnavaz prospektində magistral boru kəmərinin 24 metrlik hissəsinin dəyişdirilməsi planlaşdırılır
Regionpress.ge xəbər verir ki,bir neçə Tbilisi rayonunda minlərlə sakin planlı təmir işləri səbəbindən 8 noyabr saat 01:00-dan 9 noyabr saat 01:00-a qədər susuz qalacaq. Bu barədə Tbilisi su təchizatı şirkəti olan Georgian Water and Power (GWP) məlumat yayıb.
Çar Parnavaz prospektində magistral boru kəmərinin 24 metrlik hissəsinin dəyişdirilməsi, həmçinin köhnəlmiş və amortizasiya olunmuş şəbəkə hissələrinin Demetre Tavdadebuli küçəsində yenilənməsi planlaşdırılır. Hər iki halda texniki qruplar 24 saatlıq rejimdə işləyəcəklər, GWP-də qeyd edilib.
Bir gün ərzində Vake, Saburtalo, Mtaçminda, Krtsanisi, Didube və Çuğureti rayonlarının sakinləri susuz qalacaqlar. Onların arasında Gürcüstan parlamentinin və Tbilisi sakrebulosunun (bələdiyyə məclisi) yaxınlığında yerləşən küçələrin, Çavçavadze, Vaja-Pşavela prospektlərinin, Kazbeqi, Pekin küçələrinin və digər ərazilərin sakinləri də var


