Tbilisinin Didube-Avçal hissəsində qatar orta yaşlı qadını vurub.
Regionpress.ge Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, qadın qəza nəticəsində yerindəcə vəfat edib.
Qeyd edilib ki, hadisə qadının relsləri keçməyə çalışdığı vaxt baş verib.
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, istintaq Cinayət Məcəlləsinin dəmir yolu, su, hava və ya kanat yolu nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə araşdırma başlanılıb.


