Paytaxt Tbilisidə “Gürcüstan Avropa İttifaqını Seçir!” adlı yürüyüş mitinqi başlayıb.
Regionpress.ge xəbər verir ki, mitinq “Mənim Səsim Avropa İttifaqına” hərəkatı tərəfindən təşkil edilir.
Vətəndaşlar yürüyüşə paytaxtın 5 əsas istiqamətindən başlayıblar:
-Respublika Meydanı
-Qəhrəmanlar Meydanı
-300 Arakveli Abidəsi (Ortaçala)
-Marjanişvili Meydanı
-Amagleba və Asatiani küçələrinin kəsişməsi (Mtatsminda)
Yürüyüş aksiya təşkilatçılarının çıxışları ilə Azadlıq Meydanında konsert proqramı ilə başa çatacaq.
“Yaşasın Gürcüstan”, “Avropaya Doğru” şüarlarının səsləndirildiyi yürüş mitinqində tələbələr, qeyri-hökumət sektoru, qərbyönlü müxalifət spektri, fəallar, sənətçilər, həkimlər və müxtəlif yaş və sahələrdən olan nümayəndələr iştirak edir.


