Bu gün Dövlət Universiteti metro stansiyasında faciəvi hadisə baş verib. Bir kişi reyslərin üzərinə yıxılaraq metro qatarının altında qalıb və hadisə yerində dünyasını dəyişib.
Regionpress.ge xəbər verir ki, şahidlərin sözlərinə görə, kişinin reyslərin üzərinə düşməsinə bir qadın səbəb olub. Bildirilir ki, qadın onu itələyib.
Metro mühafizəçiləri həmin qadını dərhal saxlayıblar. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.


