14.2 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəTbilisidə mitinq elan edildi

Tbilisidə mitinq elan edildi

Paytaxt Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir!” adlı yürüyüş mitinqi təşkil olunacaq.

Regionpress.ge verdiyi məlumata əsasən, mitinq “Mənim səsim Avropa İttifaqına” hərəkatı tərəfindən təşkil edilir.

Mitinqə vətəndaşların paytaxtın beş müxtəlif meydanından yürüyüş edərək Azadlıq Meydanında toplanacağı bildirilir.

Təşkilatçılar bildiriblər: “Gürcüstan, tarixi şansı əldən verməyəcək; Gürcüstan, birlik və inkişafı seçəcək; Gürcüstan, ata-babalarını və gələcək nəsilləri məyus etməyəcək; Gürcüstan, Avropa İttifaqını və parlaq gələcəyi seçəcək”.

Yürüş 20 oktyabrda beş məntəqədə saat 17:00-da başlayacaq:

  • Respublika Meydanı
  • Qəhrəmanlar Meydanı
  • 300 Arakveli Abidəsi (Ortaçala)
  • Marjanişvili Meydanı
  • Amagleba və Asatiani küçələrinin kəsişməsi (Mtatsminda)

Təşkilatçılar, əvvəlki yürüşlərdə olduğu kimi, dayanmadan Azadlıq Meydanında birləşəcəklərini vurğulayaraq, “Böyük birliyimizin qüruru və sevincindən bəhrələnərək sübut edəcəyik ki, bu ölkə heç kəsin deyil, bizimdir” ifadələrini qeyd ediblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments