Tbilisinin əsas Yeni İl məkanlarından biri olan Yeni İl kəndi 21 dekabrda paytaxtda açılacaq və 7 yanvara qədər fəaliyyət göstərəcək. Bu barədə paytaxt meri Kaxa Kaladze şəhər hökumətinin iclasının əvvəlində məlumat verib.
Regionpress.ge xəbər verir ki, Yeni İl kəndi paytaxt parkı olan “Deda Ena”da, Ədalət Evinin yaxınlığında, Orbeliani meydanında açılacaq.
“Paytaxtımız möhtəşəm şəkildə bəzədilib və 21 dekabrdan etibarən Yeni İl kəndi fəaliyyətə başlayacaq. Yeni il ab-havasını yaratmaq üçün əlimizdən gələni edirik”, – deyə Kaladze bildirib.


