“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları Tbilisinin bir neçə yerində yürüş keçirirlər.
Etirazçıların bir hissəsi Abaşidze küçəsinə doğru yürüş edir. Hazırda Abaşidzedə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Mitinq iştirakçılarını bir neçə polis qrupu müşayiət edir.
“Xarici təsirin şəffaflığı” qanun layihəsinin əleyhdarları əvvəlcə Vaki parkı yaxınlığında toplaşıb, daha sonra Abaşidze küçəsinə keçiblər.
Etirazçılardan bəziləri “Qəhrəmanlar” Meydanını bağlayıb, bəziləri isə Parlament binası yaxınlığında toplaşıb.


