Noyabrın 11-də Tbilisiyə Avropa İttifaqının səkkiz ölkəsinin beynəlxalq əlaqələr komitələrinin sədrlərindən ibarət nümayəndə heyəti gələcək.
Regionpress.ge bildirir ki, bu barədə Almaniya Bundestaqının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Mihael Rot məlumat verib.
“Gürcüstan və onun xalqı bizə çox əzizdir. Biz Avropanın mərkəzində azad və demokratik Gürcüstana sadiqik. Saxtalaşdırılmış seçkilərdən sonra baş verən cari hadisələr bizi narahat edir,” – deyə Rot X sosial şəbəkəsində yazıb.
Mihael Rotun sözlərinə görə, Gürcüstana Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Polşanın beynəlxalq əlaqələr komitələrinin sədrləri gələcək.


