2024-cü il 6 oktyabr tarixində Tbilisoba bayramı Tbilisinin Etnoqrafik Muzeyində böyük coşqu ilə keçirildi. Bu tədbir şəhərin tarixi və mədəniyyətini əks etdirməklə yanaşı, müxtəlif xalqların zəngin ənənələrini, mədəni irsini və milli xüsusiyyətlərini nümayiş etdirmək üçün bir platforma oldu.
Müxtəlif millətlərin nümayəndələri öz ənənəvi rəqslərini, milli musiqilərini və adət-ənənələrini təqdim edirdilər. Hər xalq öz milli mətbəxindən ləzzətli yeməklər təqdim etdi və bu dadlı təamlar qonaqların böyük marağına səbəb oldu. Tədbirdə Gürcüstan, Azərbaycan və digər xalqların nümayəndələri iştirak edirdi.
Azərbaycandan olan nümayəndələr də öz zəngin mədəniyyətlərini və ənənələrini təqdim etdilər. Qonaqlar Azərbaycan milli mətbəxinin dadlı təamları olan xəngəl, şəkərbura, qoğal , paxlava dadmaq imkanı qazandılar.
Tbilisoba bayramı müxtəlif mədəniyyətlərin bir araya gəldiyi, dostluq və qardaşlıq ruhunun yaşandığı bir tədbir kimi yadda qaldı.




