Dünən Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində, məşhur Azərbaycan yazıçısı Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Tıq-Tıq Xanım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası baş tutdu. Tamaşa, Qardabani şəhərində fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrı tərəfindən səhnələşdirilib.
Regionpress.ge xəbər verir ki, tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğludur. Tamaşada teatrın gənc aktyor və aktrisaları Rəhimə Əliyeva, Səma Ləzgiyeva, Nuri Qurbanov, Seymur Muradov, İslam Akif, Nuray Əhmədova, Rabia Əhmədova, Zehra Akif, Əzəm Əfəndiyeva, Milana Əliyeva, Məryəm Əliyeva, Gövhər Nəsibova və Əli Bayramov öz rollarını uğurla ifa ediblər.
Tamaşanın rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir. Tamaşanın yaradıcı heyəti, əsərin uşaqlar üçün maraqlı və tərbiyəedici məzmununu səhnədə canlandıraraq izləyicilərin böyük rəğbətini qazandı.
“Tıq-Tıq Xanım” Tamaşasının Premyerası Tbilisidə Keçirildi
RELATED ARTICLES


