13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeAna SəhifəULU ÖNDƏRİN XATİRƏSİ YAD EDİLİB

ULU ÖNDƏRİN XATİRƏSİ YAD EDİLİB

May ayının 8-də Rustavi şəhər Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Bir dəqiqəlik xatirə sükutundan sonra Mərkəzin rəhbəri Raidə Dərziyeva iştirakçıları salamlamış, ulu öndərin həyat və fəaliyyəti barədə dolğun məlumat vermişdir. Daha sonra Rustavi şəhər 18 saylı ictimai məktəbin azərbaycan dili müəllimi Nurlana Məmmədova “Heydər Əliyev və dünya azərbaycançılığı” adlı məruzə ilə çıxış etmiş, onun çağdaş milli dünyagörüşümüzün formalaşmasındakı əvəzsiz rolundan danışmışdır.

Şair, ictimai xadim Rafiq Hümmət, gənc ictimaiyyətçi-pedaqoq Savalan Osmanlı Heydər Əliyevin Gürcüstan və bu ölkədə yaşayan soydaşlarımızın taleyindəki mühüm rolunu xüsusi vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda zamanında izlədiyi uzaqgörən siyasəti qeyd ediblər.

Tədbirin sonunda Mərkəzdə təhsil alan bir çox şagirdlər Heydər Əliyevə həsr olunmuş səsləndiriblər.

May ayının 10-da isə Mərkəzin üzvləri, şagirdlər və valideynlər Rustavi şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments