Bu gün Bolnisi meri və bələdiyyə nümayəndələri Bolnisi ərazisində yerləşən dörd uşaq bağçasını ziyarət edərək mövcud vəziyyəti yerində araşdırıblar
Regionpress.ge xəbər verir ki, səfər zamanı bağça kollektivləri ilə görüş keçirilib və onların üzləşdiyi əsas ehtiyaclar dinlənilib məlum olub ki, ən vacib məsələlərdən biri bağçaların xarici infrastrukturunun yenilənməsi və uşaqlar üçün müasir tələblərə cavab verən əyləncə məkanlarının yaradılmasıdır
Məktəbəqədər təhsilin inkişafı yerli özünüidarəetmənin əsas prioritetlərindən sayılır. Bildirilir ki, gələcək nəsillərin formalaşması məhz uşaq bağçalarından başlayır və hər bir uşağın təhlükəsiz, rahat və inkişaf yönümlü şəraitdə böyüməsi xüsusi əhəmiyyət kəsb edir-deyə Bolnisi meri Zamur Çitanava çıxışında bildirib


