2024-2025-ci ilin tədris ilinin 2-ci semestr təhsil haqqı ödəmələrinə müraciətlər 1-10 sentyabr tarixlərində qəbul ediləcək.
Regionpress.ge xəbər veri ki, bu barədə “SOCAR”ın Gürcüstan Nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, təhsil haqqı ödəməsi üçün müraciət etmək istəyən tələbələr qeyd olunan saytda: “https://myscholarship.ge/” şəxsi məlumatları, ailə məlumatları, təhsil, iş təcrübəsi, bilik və bacarıqları tamamlayaraq qeydiyyatdan keçmələri vacibdir.
Şirkətin məlumatında bildirilir ki, lazımı məlumatları təqdim etməyən tələbələrin müraciətləri sayt tərəfindən qəbul edilməyəcək.


