17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəVarketilidə iki nəfərin qətlə yetirilməsi ilə bağlı əlavə təfərrüatlar məlum olub

Varketilidə iki nəfərin qətlə yetirilməsi ilə bağlı əlavə təfərrüatlar məlum olub

Varketilidəki qətllə bağlı əlavə təfərrüatlar bəlli olur. AMBEBI.GE-nin məlumatına görə, 39 yaşlı Baço Başaruri ilə 40 yaşlı Nika Arçvadzenin ölümü ilə nəticələnən münaqişə onların ad günündə başlayıb. Öldürülən Nikoloz Arçvadzenin qohumunun dediyinə görə, Arçvadze Tbilisidə səfərdə olub.

“O, Tetritskaro rayonunun Asureti kəndində yaşayırdı. Tiflisdə səfərdə idi. Nə baş verdiyini dəqiq bilmirik. Bilirəm ki, onlar ad günündə bir yerdə olublar, sonra Niko Baxonun evində qalıb. Deyirlər ki, ad günündə dava olub, qatil səhər tezdən gəlib hər ikisini öldürüb”, – öldürülən şəxsin ailəsinin qohumu deyir.

Məlumat üçün bildirək ki, hadisə iyunun 5-də Varketilidə baş verib, 39 yaşlı Baço Başari və 40 yaşlı Nika Arçvadze ov tüfəngindən açılan atəşlə öldürülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı kişini “isti izlər”lə həbs ediblər.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” bəndi ilə iki şəxsi qəsdən öldürmə, ağırlaşdırıcı şəraitdə törədilməklə aparılır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments