Daxili işlər naziri postuna namizəd Vaxtanq Qomelauri, Daxili İşlər Nazirliyinin razılaşma çərçivəsində üç ədəd yeni helikopter satın aldığını və artıq istifadə etdiyini bildirib.
Vaxtanq Qomelaurinin qeyd etdiyi kimi, helikopterlər çoxfunksiyalıdır və onlar yanğınla mübarizə və dağ-xilasetmə avadanlıqları ilə tam təchiz olunub.
“İmzalanmış razılaşma çərçivəsində Daxili İşlər Nazirliyi üç ədəd “H 145″ helikopteri artıq satın alıb və istifadə edir, helikopterlər çoxfunksiyalıdır, polis, nəqliyyat, axtarış-xilasetmə funksiyalarını yerinə yetirməyə qadirdir. O, yanğınla mübarizə və dağ-xilasetmə avadanlıqları ilə tam təchiz olunub” .
Regionpress.ge xəbər verir ki, Vaxtanq Qomelauri parlamentdə hökumətə etimad səsverməsi formatında, məruzə ilə çıxış edərkən bildirib.


