10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeÖlkəXİN rəhbəri ilk xarici səfərini Azərbaycana edəcək

XİN rəhbəri ilk xarici səfərini Azərbaycana edəcək

2025-ci il yanvarın 16-da Gürcüstanın xarici işlər naziri vəzifəsində Maka Boçorişvili Azərbaycan Respublikasına ilk rəsmi səfərini edəcək.

Regionpress.ge Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı təşkil olunacaq.

Nazir, həmçinin Şəhidlər xiyabanında “Əbədi Məşəl” abidəsini ziyarət edəcək və şəhidlərin xatirəsini ehtiramla yad edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments