Mayın 21-dək ölkədə hava şəraiti nisbətən sərin keçəcək, bəzi yerlərdə isə yağış yağacaq.
Regionpress.ge məlumat verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, paytaxt – Tbilisidə mayın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, mayın 19-20-də qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.
Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anakliya, Poti): yağmursuz hava şəraiti gözlənilir, havanın temperaturu gün ərzində +21, +23 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): mayın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mayın 19-20-də bəzi yerlərdə yağış yağacağı, havanın temperaturunun gündüz +23, +25 dərəcə olacağı gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz +13, +15 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, dolu da ola bilər. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı da gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Dedoplistskaro: bəzi yerlərdə yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək.


