17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətZaur Darğallı: “26 Oktyabr seçkiləri sülh ilə müharibə, ailə dəyərləri ilə ailə...

Zaur Darğallı: “26 Oktyabr seçkiləri sülh ilə müharibə, ailə dəyərləri ilə ailə dəyərlərinə qarşı olan qüvvələr arasında olan seçkidir”

“Bu gün Gürcüstan dövləti və xalqı çox önəmli və tarixi hadisənin astanasındadır. Bir neçə gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Ona görə də demək olar ki, bütün dünyanın diqqəti Gürcüstana yönəlib. Ona görə ki, bu seçkilər həm Gürcüstan dövləti, həm də bölgəmiz üçün çox böyük önəm daşıyır”.
Regionpress.ge xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin üzvü Zaur Darğallı söyləyib.
Onun sözlərinə görə, bu gün Gürcüstanın inkişafını istəməyən qüvvələr var. Xüsusən də Qərbin agenturasına çevrilən radikal müxalifət ölkədə sabitliyi pozmağa çalışır. Bəzən sual yaranır ki, necə ola bilər ki, Gürcüstanda ölkənin taleyini həll edəcək, müstəqil şəkildə qərar verəcək hakimiyyət var. Bu gün Gürcüstanda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ölkədə stabiliyin, sülhün qarantıdır. Yeganə hakimiyyətdir ki, son 12 il ərzində davamlı sülhü qoruya bilib. Baxmayaraq ki, bugün bu hakimiyyətə çox böyük təzyiqlər var. Ukranya – Rusiya müharibəsi başlayandan sonra bu təzyiqlər daha da artıb. Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa, Gürcüstandan Ukraynaya könüllü dğyüşçülər göndərməyə, Gürcüstanı Rusiyaya qrşı sanksiyalara qoşulmağa sövq edirlər.
Amma biz bilirik ki, bu təkliflər Gürcüstan dövlətçiliyinə birbaşa zəbə vuran qərarlar idi. Bu təziqlərə baxmayaraq Gürcütsan hakimiyyəti bunların hamısının qarşısında durdu.
“Bütün bu tələblərə yox dedik və bugün ölkə sülh və sabitlik çərşivəsində inkişaf edir. Gürcüstan iqtisadi inkişaf baxımından lider ölkələr sırasında yer alıb. Bu seçkinin önəmidə bu xətdən keçir. Bu seçki sülh ilə müharibə arasında olan seçkidir. Ailə dəyərləri ilə ailə dəyərlərinə qarşı olan qüvvələr arasında seçkidir. Bu seçki bütün bolgələrdə sülhün bərqərar olunması ilə bölgədə sülhün pozulması arasında seşkidir. Mən əminəm ki, Gürcü xalqı və Gürcüstan vətəndaşları 26 oktyabrda “Gürcü Arzusu”-nu dəstəkləyəcəklər” – deyə, Z.Darğallı vurğulayıb.
O deyib ki, ölkədə sülh, stabillik və iqtisadi inkişaf davam etdiriləcək. Gürcüstanın eyni zamanda, qonşu ölkələrlə əlqələri daha da möhkəmlənəcək və inkişaf edəcək.
Z.darğallı deyib: “Bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşləq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlıq, eyni zamanda bölgədə sülhün və sabitliyin bərqərar olmasına və regionun çiçəklənməsinə xidmət edir”.
Bildirilib ki, seçkilərdə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəldikdən sonra biz birlikdə bölgəmizi daha da gücləndirəcəyik, daha da inkişaf etdirəcəyik. Ən əsasıda odur ki, hər iki dövlət, hər iki xalq öz talehi, ümumi bölgənin inkişafı ilə bağlı özü qərar verə bilir.
Siyasətçi Qərbin və ABŞ-ın Gürcüstana qarşı təzyiqlərinin artmasına da münasibət bildirib.
Onun sözlərinə görə, təzyiqlərin sistematik olaraq artmasına baxmayaraq Gürcüstan hakimiyyəti bunlara sinə gərəcək. Bizim üçün önəmli olan Gürcüstan əhalisinin maraqlarını yüksək səviyyədə qorumaqdır. Gürcüstan əhalisinin çox hissəsi, son sorğuların nəticələrinə görə, əhalinin 60 faizdən çoxu “Gürcü Arzus” partiyasının siyasətini dəstəkləyir.
“Hamı görürki bu təziqlər hamısı ölkədə, bölgədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa yönəlmiş təzyiqlərdi. Bölgədə çox çətin vəziyyət olmasına baxmayaraq “Gürcü Arzusu” burada sülhü, inkişafı təmin edir. Bunu hər bir Gürcüstan vətəndaşı hiss edir. Ona görə də əminəm ki, seçkidən sonra bizim Qərb tərəfdaşlarımızla da münasibətlərə yenidən baxılacaq və bu münasibətlərdə də müsbət dinamika olacaq” – deyə, Z.Darğallı vurğulayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments