9.8 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeSiyasətZaur Darğallı Kürtlər Kəndində Prioritet Məsələləri Müzakirə Edib

Zaur Darğallı Kürtlər Kəndində Prioritet Məsələləri Müzakirə Edib

Seçki kampaniyası çərçivəsində “Gürcü Arzusu” partiyasının Marneuli və Qardabani dairələrindən namizədi Zaur Darğallı əhali ilə görüşlərini davam etdirir.

Məlumata görə, Kürtlər kəndində keçirilən görüşdə yerli sakinlərin prioritet məsələləri müzakirə edilib. Xüsusi vurğu “Gürcü Arzusu” hakimiyyəti dövründə həyata keçirilmiş layihələr və gələcək planlar üzərində olub.

Zaur Darğallı sakinlərə 26 oktyabr seçkilərində qələbə qazanacaqlarını bildirib:

“Əhalinin əhval-ruhiyyəsinə əsaslanaraq əminəm ki, 26 oktyabrda biz yenidən ləyaqətlə qalib gələcəyik, bu isə ölkənin sabit inkişafının təminatı olacaq”.

Görüşdə “Gürcü Arzusu”nun Marneuli qərargahının rəhbəri Amiran Giorqadze, Marneuli Bələdiyyə başçısı Kənan Ömərov və digər hakim komanda üzvləri iştirak edərək çıxış ediblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments