Gürcüstan prezidentinin sözlərinə görə, Gürcü Xartiyasını imzalayan 4 böyük siyasi birlik bu xartiyaya sadiq qalır.
Regionpress.ge xəbər verir ki, Salome Zurabişvili bu gün keçirilən brifinqdə qeyd edib ki, bu partiyalara verilən səslərin cəmi ölkəni Avropa yoluna qaytaracaq:
“Bu 4 partiyadan hər hansı birinə verilən istənilən səs bizi Avropaya aparacaq, bu səslərin cəmi bizi Avropaya aparacaq. Xartiyada yazılan bütün məqamları təsdiq edən bu çoxluq olacaq. Bu, bizə çox doğru yolu göstərir. Beləliklə, siz istədiyinizi seçin və hamımız birlikdə, bütün dörd partiya və mən xartiyanın təşəbbüskarı və təminatçısı kimi bu yolla gedəcəyik”.
Prezidentin sözlərinə görə, bu gün o, Avropa İttifaqının səfiri ilə görüşüb və o, Gürcüstan xalqının seçkilərdə iradəsinin təsdiqlənməsidən sonra Avropa İttifaqının hazırda dayandırılmış yardımı və dondurulmuş münasibətləri dərhal bərpa edəcəyini bir daha təsdiqləyib:
“Tərəfdaşlarımız bizim yanımızdadırlar və bunu Brüsseldən, Avropa Şurasından eşitdiyimiz bəyanatlar da təsdiqləyir. Mən bu gün Aİ səfiri ilə də görüşdüm və o, bu yola, bu xartiyaya, bu fəaliyyət planına dəstəyini bir daha təkrarladı, bir daha qeyd etdi ki, Gürcüstan xalqının Avropaya qayıtmaq üçün seçkilərdə öz sakit və sarsılmaz iradəsini ifadə etdiyini görsələr, dondurulmuş yardımı tez bir zamanda bərpa etmək üçün lazım olan hər şey həyata keçiriləcək. O, təsdiqlədi ki, Gürcüstan bir ölkə olaraq bu müddət ərzində heç nə itirməsin deyə hər şey hazırdır”.


