9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasət"26 Oktyabrda biz mütləq qalib gələcəyik…" - Nika Qvaramiya

“26 Oktyabrda biz mütləq qalib gələcəyik…” – Nika Qvaramiya

“26 Oktyabrda biz mütləq qalib gələcəyik. Səsləri qorumaq, seçkiləri rəsmiləşdirmək, sakitliyi qorumaq çətindir, lakin qələbəni hər yerdə qeyd edəcəyik, Gürcüstan hər zaman qalib gəlir və Sameqrelo torpağı həmişə bu qələbəni başlayır”.

Regionpress.ge xəbər verir ki, bu barədə “Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiyanın seçki kampaniyası çərçivəsində Zuqdidinin İnqiri kəndində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Gürcüstan uzun müddətdir azadlıq uğrunda mübarizə aparır, Gürcüstan tarixi missiyanı yerinə yetirmək uğrunda mübarizə aparır.

“Çox uzun müddətdir, Gürcüstan azadlıq uğrunda mübarizə aparır, Gürcüstan tarixi missiyanı yerinə yetirmək uğrunda mübarizə aparır, biz Avropaya gedirik. Bu gün bizim toplaşmağımız uçuş zolağındadır, ancaq tamamilə dağıdılmış bir uçuş zolağıdır, amma bu yenə də uçuş zolağıdır, buradan təyyarə qalxacaq və biz getmək istədiyimiz yerə, yəni Avropaya uçacağıq.

Bizim yolumuz tək istiqamətlidir və bu yol Avropa İttifaqınadır” , – deyib Nika Qvaramiya.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments