Regionpress.ge Bpn.ge-yə istinadla xəbər verir ki, Gürcüstanda diri baş donuzların idxalı 24% artıb bu barədə məlumat Gürcüstanın Milli Statistika Xidmətinin açıqladığı rəqəmlərdə əks olunub
Rəqəmlərə əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkəyə 14 894 ton həcmində, 22,961 milyon ABŞ dolları dəyərində diri baş donuz idxal edilib. Ötən ilin eyni dövründə isə idxal 15 348 ton və 28,577 milyon dollar təşkil edib
Diri baş donuzun qiymətinə gəlincə, bu il 1 kiloqramın orta idxal qiyməti (vergilərsiz) 1,86 dollar olub keçən ilin müvafiq dövründə isə bu göstərici 1,54 dollar idi. Beləliklə, diri baş donuz idxalının qiyməti illik müqayisədə 21% bahalaşıb
Qeyd edək ki, bu il Gürcüstana diri baş donuz idxalı yalnız Rusiyadan həyata keçirilib


