11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətSalome Zurabişvili: Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır

Salome Zurabişvili: Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır

Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır.

Regionpress.ge məlumat verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində yazıb.

O, ABŞ-nin Gürcüstanla birgə hərbi təlimlərinin təxirə salınmasını şərh edib.

“Gürcüstan hökuməti Rusiyanın xarici agentlər haqqında qanunu qəbul etməklə Avropa yolunu təhlükəyə atdılar, sonradan isə amerikalı tərəfdaşları ittiham etməklə onları təhqir etdilər. İndi də bizim strateji əməkdaşlığımızı təhlükə altına atırlar. Bu əməkdaşlıq bizim müdafiə qüvvələrimizin inkişafı və NATO standartlarına yaxınlaşmağımızın əsasını təşkil edir”, – o yazıb.

Xatırladaq ki, bu gün Pentaqon bəyanat verərək ABŞ-nin ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə “Noble Partner” hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə saldığını bəyan edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments