Prezident Salome Zurabişvili müxalifət partiyaları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşür.
Aktual.ge xəbər verir ki, görüş hazırda “Orbeliani sarayında” keçirilir.
“Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvilinin görüşdən əvvəl jurnalistlərə verdiyi məlumata görə, bugünkü iclasın əsas mövzusu ölkədəki mövcud siyasi vəziyyət və “Xarici Agentllər” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması olacaq.
İclasda qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edir.
Bundan əvvəl prezident MSK-nın rəhbəri Giorgi Kalandarişvili ilə görüşüb.


