“Ermənistanın Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.
Regionpress.ge məlumat verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.
Ararat Mirzoyan qonaqpərvərliyinə görə Entoni Blinkenə təşəkkür edib.
Ermənistanın xarici işlər naziri X.-də yazıb:
“Ermənistanın Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına yönəlmiş Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq və imzalamaq üçün siyasi iradəsi var”.


