Qeyri-hökumət təşkilatları “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıb.
Regionpress.ge məlumat verir ki, mülki sektor nümayəndələrinin birgə keçirdiyi brifinqdə bildirdiyinə görə, iddia artıq hazırdır və bu gün məhkəməyə təqdim olunacaq.
Bundan başqa, qeyri-hökumət təşkilatları qanunda mübahisə doğuran normaların fəaliyyətinin müvəqqəti dayandırılması üçün məhkəməyə müraciət edirlər.
Brifinqdə Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunmaq üçün iddianın hazırlandığı bildirilib.
IDFI-nin qanunun aliliyi və media azadlığı istiqamətinin rəhbəri Giorgi Davituri birgə brifinqdə deyib ki, Konstitusiya Məhkəməsi prosesi uzatsa, beynəlxalq mexanizmdən istifadə davam etdiriləcək.


