İyulun 23-də Nümayəndələr Palatasının xarici əlaqələr alt komitəsi 2024-cü il parlament seçkiləri öncəsi dövrdə ABŞ-ın Gürcüstan və Moldova ilə bağlı siyasətini müzakirə edəcək .
Müzakirələrdə ABŞ-ın Cənubi Avropa və Qafqaz siyasətinə nəzarət edən dövlət katibinin köməkçisinin müavini Coşua Hak, ABŞ Dövlət Katibinin Şərqi Avropa və Regional Məsələlər üzrə köməkçisinin müavini Kristofer Smit və USAİD-in Avropa və Avrasiya Bürosu administratorunun köməkçisinin müavini Aleksandr Sokolovski çıxış edəcəklər.
Məlumata görə, çıxış edənlərin siyahısı artırıla bilər.
Müzakirə Gürcüstan vaxtı ilə saat 22:00-a planlaşdırılıb.


