Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri 26 oktyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərinin azad, təhlükəsiz və sakit bir mühitdə baş tutması üçün xüsusi göstəriş verib. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Nazirliyin məlumatına əsasən, əmrlə əlaqədar olaraq, polis bölmələrinin fəaliyyət göstərdiyi ərazilərdə qanun pozuntularının müəyyən edilməsi və qarşısının alınması üçün xüsusi ərazi qrupları yaradılacaq. Həmçinin, seçkilərin təhlükəsiz və azad şəraitdə baş tutması məqsədilə, bu qruplara lazım gəldikdə əməliyyat zonasında tədbirlər görmək və profilaktik polis işləri həyata keçirmək tapşırılıb.
“Sərəncam, polis əməkdaşlarını xidməti vəzifələrini yerinə yetirərkən siyasi neytrallıq prinsipinə riayət etməyə məcbur edir. Hüquq-mühafizə orqanlarının hərəkətinin birbaşa və ya dolayısı ilə hər hansı siyasi partiyaya qarşı və ya ona dəstək məqsədilə həyata keçirilməsinə yol verilmir”, – məlumatda qeyd olunub.


