Bolnisi rayonunun Arxılı kəndində “Gürcü Arzusu” partiyasından olan Bələdiyyə Şurasının üzvləri seçki məntəqələrində insanlara yüksək səslə “Gürcü Arzusuna, 41-ə səs verin” deyə çağırış edirlər. Məntəqənin girişində gələn seçiciləri hakim partiyaya səs verməyə təşviq edirlər. Eyni zamanda, üzərlərində heç bir “beij” (nəzarət nişanı) yoxdur.


