18 C
Bolnisi
20.8 C
Rustavi
20.4 C
Marneuli
21.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətZaur Darğallı seçicinin qardaşı Mirzə Darğalının pasportu ilə səs verməyə çalışması ilə...

Zaur Darğallı seçicinin qardaşı Mirzə Darğalının pasportu ilə səs verməyə çalışması ilə bağlı açıqlama verdi

“Gürcü Arzusu”nun nümayəndəsi Zaur Darğallı “Güclü Gürcüstan”ın üzvü Lana Qaldavanın Marneuli 2-ci seçki məntəqəsində seçicinin Darğallının qardaşı Mirzə Darğallının pasportu ilə səs verməyə cəhd etməsi barədə bəyanatını absurd adlandırır.

Regionpress.ge xəbər verir ki, “Gürcü arzusu” nümayəndəsinin izahatına görə, bu məlumat saxtadır.

“Bu, tam absurddur, elektron seçkilərdə bir pasportla üç dəfə səs vermək mümkün deyil. Qardaşım pasportu ilə girib səs verdi, başqa niyə vaxtı keçmiş pasportla girsin, yoxsa necə etsin? Cihaz  bunu qəbul etmir. Gördüyüm pasportların müddəti bitib, adi qaydada “saxta” belə düzəldə bilmirlər, artıq ailə üzvlərinə keçirlər, sanki problemli məntəqələrmiş kimi fon yaratmağa çalışırlar. Təxribatlar absurddur, məntiqə sığmır, araşdırma qrupları ilə gedir və birbaşa hücuma keçirlər”, – Darğallı deyib.

O, 69-cu məntəqənin bağlanmasına da cavab verib və qeyd edib ki, istintaq hər şeyi müəyyən edəcək.

“Marneulinin əksər yerlərində seçkilər elektron qaydada keçirilir. Seçkilərdə qalib gələn komandanın məntəqlərdə belə halların baş verməsində marağı yoxdur, bu, təxribatın davamıdır. Sözügedən ərazi bağlanıb, araşdırmalara başlanılıb.

Necə edə bilərsən ki, həbs olunacağını bilə-bilə müxalifət nümayəndəsi, müşahidəçi kimi belə bir iş görəsən, yəni bunun arxasında konkret plan var və bu konkret ssenari ilə edilib”.- Zaur Darğallı bildirib.

O, 74-cü məntəqədə baş verən fiziki qarşıdurmaya da münasibət bildirib.

“Səhərdən qeyd etdim ki, müxalifət tərəfdən təxribatlar gözlənilirdi, ənənəvi olaraq “Sonderda” qrupunun lideri Giorgi Mumladze Marneulidə müxtəlif təxribatlar təşkil edir. 80-100 nəfərlik qrup 74-cü məhəlləyə axışaraq qaz buraxıb, sonra da insanları döyməyə başlayıb. Bunun fonunda fiziki qarşıdurma baş verib. İstintaq başlayıb. Seçkiləri uduzduqlarını bilirlər və müxtəlif təxribatlara əl atırlar. Biz bilirik ki, bütün Gürcüstanda və Marneulidə seçkilərdə qalib gələcəyik”, – deyə Darğallı bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments