15.6 C
Bolnisi
17.8 C
Rustavi
17.4 C
Marneuli
18.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətSaakaşvili Salome Zurabişvili ilə həmrəy olduğunu bildirib

Saakaşvili Salome Zurabişvili ilə həmrəy olduğunu bildirib

Gürcüstanın üçüncü prezidenti Salome Zurabişviliyə həmrəyliyini bildirib və bəyanatında qeyd edib ki, Zurabaşvilinin prokurorluğa çağırılmaqla bağlı təxribata uymaması yaxşı haldır.

Regionpress.ge xəbər verir ki, Mixail Saakaşvili Medvedevin Gürcüstanla bağlı çıxışına da cavab verib:

“Mən prezident Salome Zurabişviliyə tam həmrəyliyimi bildirirəm və onun təxribata uymaması və rus prokurorluğunun tələbi ilə razılaşmaması xoşuma gəldi. Gördüm ki, xanım Salome Medvedevin hədəsini də gözdən qaçırmayıb.

Amma ədalət tələb edir ki, Moskvanın məhz belə göstərişləri nəticəsində mən üç ildən artıqdır ki, qondarma ittihamlarla həbsdəyəm və istəmirəm ki, bu ədalətsizliyi üzərə çıxaran prezident Zurabişvili bu qanunsuz həbsə görə tarixi məsuliyyətin fiquru olsun. Siz nə düşünürsünüz?” – deyə Saakaşvili yazıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments