8.1 C
Bolnisi
7.8 C
Rustavi
7.4 C
Marneuli
8.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətRəsmi Kiyev: "Gürcüstan hökumətini Belarusun yolunu getməməyə çağırırıq"

Rəsmi Kiyev: “Gürcüstan hökumətini Belarusun yolunu getməməyə çağırırıq”

Seçkilərin legitimliyini təmin etmək və siyasi böhrandan qaçmaq məqsədilə beynəlxalq müşahidəçilər tərəfindən müəyyən edilmiş faktlar araşdırılmalıdır. Gürcüstan hökumətini Belarusun yolunu getməməyə çağırırıq.

Regionpress.ge xəbər verir ki, bu, Gürcüstanda 26 Oktyabr tarihində keçirilmiş Parlament seçkilərinin nəticələrinə dair Ukrayna Xarici İşlər Nazirliyinin tərəfindən verilən bəyanatda qeyd olunub.

“26 oktyabr seçkilərinin nəticələrinin Rusiyada böyük dəstək qazanması təəccüblü deyil, çünki məhz Rusiya rejiminə məxsusdur iradənin təzahür nəticələrinə bu cür təsir üsulları” – qeyd olunan bəyanatda deyilir:

“Ukrayna 2024-cü ilin 26 oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərinin gedişatını diqqətlə izləyirdi. Biz Gürcüstanda parlament seçkilərinin müşahidəsi ilə bağlı ATƏT/DTİHB beynəlxalq missiyasının rəyini dəstəkləyirik, hansı ki, çoxsaylı qanun pozuntularını qeyd edib.

Rüşvət, təhdid, məcburetmə və seçicilərə təzyiq, səsvermənin şəffaflığının olmaması, müxalifət partiyalarının KİV-ə çıxışının məhdudlaşdırılması – bu seçkilərin yadda qalan qanun pozuntularının yalnız bir hissəsidir. Təəccüblü deyil ki, bu seçkilərin nəticələri Rusiyada böyük dəstək qazanıb, çünki məhz Rusiya rejiminə xasdır iradənin təzahür nəticələrinə bu cür təsir üsulları. Eyni zamanda, bunlar Gürcüstan hakimiyyəti tərəfindən elan edilmiş Avropa İttifaqı və NATO-ya doğru yol ilə uyğun gəlmir. 

Seçkilərin legitimliyini təmin etmək və siyasi böhrandan qaçmaq məqsədilə beynəlxalq müşahidəçilər tərəfindən müəyyən edilmiş faktlar araşdırılmalıdır. Gürcüstan hökumətini Belarusun yolunu getməməyə çağırırıq”.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments