8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətVahid Milli Hərəkat parlament mandatlarından imtina edir

Vahid Milli Hərəkat parlament mandatlarından imtina edir

«Ümumi saxtakarlığın baş verdiyi parlament seçkilərinin nəticələrinə əsasən mandatları qəbul etməkdən imtina edirik».

Regionpress.ge xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə “Vahid Milli Hərəkat” lideri Tina Bokuçava bildirib.Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası “Vahid Milli Hərəkat” üzvlərinin səlahiyyətlərinin tanınması üçün parlamentə sənəd göndərmək hüququna malik deyil.

“Seçkilər günü məlum oldu ki, həmin seçkilər Gürcüstan vətəndaşlarının sərbəst iradəsini əks etdirmir. “Vahid Milli Hərəkat” adından biz bu seçkilərin legitimliyini tanımadığımızı və parlament mandatlarından imtina etdiyimizi bəyan etdik.

Bu gün “Vahid Milli Hərəkat”ın parlament siyahısında olan hər birimiz fərdi məktub yazaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmək istəyirik ki, “Vahid Milli Hərəkat” adından heç bir namizəd qeydə alınmasın və Mərkəzi Seçki Komissiyası səlahiyyətlərimizin tanınması məsələsini hətta müzakirə üçün Gürcüstan parlamentinə göndərməsin,” – deyə Bokuçava qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments