9.6 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətKaxa Kaladze - Sonda, müxalifət partiyaları parlamentə daxil olacaqlar, hərçənd o vaxta...

Kaxa Kaladze – Sonda, müxalifət partiyaları parlamentə daxil olacaqlar, hərçənd o vaxta qədər öz seçiciləri qarşısında nazlanırlar

Müxalifət partiyalarının mövcud olmaq və siyasətdə qalmaq istəyi varsa, parlamentə daxil olmaq vacibdir .

Regionpress.ge xəbər verir ki, bu haqda paytaxtın meri Kaxa Kaladze mediaya müxalifət partiyalarının nümayəndələri tərəfindən mandatların buraxılması məsələsini şərh edərkən deyib.

O bildirib ki, bu mərhələdə müxalifətin mandatlarını güzəştə gedib-getməməsi mühüm deyil, hərçənd sonda parlamentə onsuz da daxil olacaqlar.

“Son günlər ərzində çox sayda ziddiyyətli bəyanatlar eşidirik. Fikrimcə, bu, onlar tərəfindən adi bir kampaniyadır və öz seçiciləri qarşısında nazlanmaqdır. Hərçənd, sonda zənnimcə, bu müxalifət partiyaları mütləq parlamentə daxil olacaqlar. Bu gün bu haqda danışmaq maraqlı deyil. Fikrimcə, həll edilməsi gərəkən çoxlu başqa məsələlər var, bizim tərəfimizdən çoxlu vədlər verilib, mühüm addımlar atılasıdır. Müxalifət nə edəcək və gələcəkdə nə edəcək – parlamentə daxil olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Lakin, təkrar-təkrar onlar və onların mövcudluğu üçün, bu siyasi partiyaların mövcud olmaq və siyasətdə qalmaq istəyi varsa, parlamentə daxil olmaq vacibdir” – Kaxa Kaladze qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments