11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətGürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib

Gürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Bidzina İvanişviliyə və daha 18 şəxsə sanksiya tətbiq edildiyinə görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib. 

Regionpress.ge xəbər verir ki, Zurabişvili bu barədə “X” hesabında payalşım edib.

“Çox sağ ol, Volodimir. Rusiya Qara dəniz üzərində nəzarəti geri qaytarmaq istəyir”, – Zurabişvili qeyd edib. 

Xatırladaq ki, Ukrayna hakim partiyanın lideri Bidzina İvanişviliyə ilə yanaşı, Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, Baş nazir İrakli Kobaxidze, DTX rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla, “Gürcü Arzusu”nun rəhbər vəzifəli rəsmilərinə sanksiya tətbiq edib. 

“Biz bu regionda heç bir ölkəni itirə bilmərik – nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı, biz Moskvaya qarşı özümüzü müdafiə etmək üçün birlikdə olmalıyıq”, – Zelenski sanksiyalarla bağlı bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments