Biz məclis iştirakçılarının, o cümlədən əks-toplaşma iştirakçılarının müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik.
Regionpress.ge xəbər verir ki, u barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
“Bu, toplantılar zamanı zorakılığın qarşısını almağa kömək edəcək çox vacib qanundur. Bu qanunlar Aİ-nin bir çox üzv ölkələrində qüvvədədir və zorakılığın qarşısının alınması üçün ölkəmizdə də belə bir qanunun qəbul edilməsi vacibdir.
Texniki cəhətdən biz gələn həftənin sonuna kimi müvafiq qanunun qəbulunu təşkil edə biləcəyik. Ayın sonuna kimi bu qanun tam icra olunacaq”. – İrakli Kobaxidze dedi.


