11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətİtaliya, İspaniya və Rumıniya Gürcüstanla bağlı mövqelərini dəyişməyə məcbur edildi – Kobaxidze

İtaliya, İspaniya və Rumıniya Gürcüstanla bağlı mövqelərini dəyişməyə məcbur edildi – Kobaxidze

İtaliya, İspaniya və Rumıniya Gürcüstanla bağlı sanksiyalar mövzusunda mövqelərini göstərilən təzyiq nəticəsində dəyişdirdilər.

Regionpress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Bir gün əvvəl hökumət başçısı bəyan etmişdi ki, Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniya Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirlərinin Şurasının iclasında Gürcüstan xalqının maraqlarını müdafiə edib və sanksiyaların tətbiqinə qarşı çıxaraq Gürcüstanı dəstəkləyən mövqelərini ifadə ediblər. Lakin artıq 18 dekabr tarixində həmin ölkələrin Xarici İşlər Nazirlikləri bu məlumatın yalan olduğunu bəyan edib və Şuranın qərarını dəstəklədiklərini bildiriblər.

“Əslində onlara təzyiq göstərilib, bu səbəbdən də onlar Şurada ifadə etdikləri mövqelərini dəyişiblər”, – deyə Kobaxidze bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments