Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti müxalifət partiyalarının liderləri ilə görüşlər keçiriblər.
Regionpress.ge 24News.ge-yə istinadən xəbər verir ki, görüşlər partiya liderləri ilə ayrı-ayrılıqda baş tutub.
“Dəyişiklik Koalisiyası”nın liderlərindən biri olan Zurab Caparidzenin mətbuata verdiyi məlumata görə, görüşdə ölkədə baş verən proseslər və böhrandan çıxış yolları müzakirə olunub:
“Görüşdə əsas seçkilərdən sonra hadisələrin necə inkişaf etdiyi, o cümlədən de-fakto hökumətin dinc nümayişçilərə qarşı hansı tədbirlər gördüyü barədə müzakirələr aparılıb. Həmçinin görüş zamanı işgəncə faktlarından, polisin nə qədər fəaliyyətsizliyindən danışıldı. Bildirildi ki, dinc vətəndaşlara qarşı edilən zoraklıqlarla bağlı nə bir polis, nə də “Tituşka” cəzalandırılmayıb. Onlar son həllin nə ola biləcəyi ilə maraqlandılar. Biz izah etdik ki, burada iki seçim var – siyasi məhbusların azad edilməsi və yeni seçkilərin keçirilməsi”, – deyə Caparidze bildirib.


