Gürcüstan Parlamenti 49 müxalif deputatın mandatına son verib.
Regionpress.ge aktual.ge-yə istinadən xəbər verir ki, qərar bir qədər əvvəl parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.
Səsvermənin nəticəsini deputatlar alqışlarla qarşılayıblar. Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.
Qeyd edək ki, 26 oktyabr seçkilərinin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bəyan ediblər.
Mandatlarına xitam verilən 49 deputatın siyahısı belədir:
Marika Arevadze
Laşa Bakradze
Tina Bokuçava
Saba Buadze
Giorgi Butikaşvili
Grigol Gegeliya
Ana Gogoladze
Sofiya Goletiani
Ana Dolidze
Giorgi Vaşadze
Tengiz Tevzadze
Ketevan Turazaşvili
Giorgi İmedaşvili
Giorgi Kirtadze
Zotne Koberidze
Maya Kopaleişvili
Tamar Kordzaia
İrakli Kupradze
Tamar Laliaşvili
Giorgi Lemonjava
Nana Malaşxia
Nika Melia
Koba Nağopia
Ana Natsvilişvili
Ramaz Nikolaişvili
Kaxa Okriaşvili
Datuna Rakviaşvili
Salome Samadaşvili
Xatuna Samnidze
Levan Samuşia
İrakli Pavlenişvili
Ani Kavtaradze
Oqtay Kazımov
Boris Qurua
Fiqriya Çixradze
Petre Tsiskarişvili
Levan Tsutsqiridze
Gigi Tsereteli
Ana Tsitlidze
İvane Çxonia
Levan Xabeişvili
Mamuka Xazaradze
Eka Xerxeulidze
İrakli Xvadagiani
Elene Xoştaria
Badri Japaridze
Gaioz Jafaridze
Zurab Girçi Japaridze
Sopo Japaridze.


