11.6 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeAna SəhifəBolnisidə ödənişsiz hüquqi yardım dəstəyi davam edir (VİDEO)

Bolnisidə ödənişsiz hüquqi yardım dəstəyi davam edir (VİDEO)

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Bolnisi bölgəsində yaşayan vətəndaşlar üçün ödənişsiz hüquqi xidmətlər təqdim edir.

Hüquqi yardımlar hər həftənin şənbə günü saat 10:00-dan 15:00-a qədər Mərkəzdə hüquqşünas Əmrah İbrahimov tərəfindən göstərilir.Xidmətlər çərçivəsində vətəndaşlara aşağıdakı istiqamətlərdə hüquqi dəstək verilir:

Məktubların və rəsmi müraciətlərin hazırlanması

Sosial yardımlarla bağlı ərizələrin tərtibi və təqdimatı

Ailə, əmək, miqrasiya və digər hüquq sahələri üzrə hüquqi məsləhətlər

Bolnisi və ətraf rayonlarda yaşayan və hüquqi yardıma ehtiyacı olan hər kəs bu xidmətlərdən tam ödənişsiz şəkildə yararlana bilər.Mərkəzin əsas məqsədi bölgədə yaşayan əhalinin, xüsusilə də sosial cəhətdən həssas qrupların hüquqi məlumatlılığını artırmaq və onların hüquqlarının qorunmasına dəstək olmaqdır.

Əlaqə vasitələri:

E-poçt: qhimbolnisi@gmail.com

Telefon: 571 24 24 87

Ünvan: Bolnisi, Sulxan-Saba Orbeliani küçəsi 101a

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments