Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Bolnisi bölgəsində yaşayan vətəndaşlar üçün ödənişsiz hüquqi xidmətlər təqdim edir.
Hüquqi yardımlar hər həftənin şənbə günü saat 10:00-dan 15:00-a qədər Mərkəzdə hüquqşünas Əmrah İbrahimov tərəfindən göstərilir.Xidmətlər çərçivəsində vətəndaşlara aşağıdakı istiqamətlərdə hüquqi dəstək verilir:
Məktubların və rəsmi müraciətlərin hazırlanması
Sosial yardımlarla bağlı ərizələrin tərtibi və təqdimatı
Ailə, əmək, miqrasiya və digər hüquq sahələri üzrə hüquqi məsləhətlər
Bolnisi və ətraf rayonlarda yaşayan və hüquqi yardıma ehtiyacı olan hər kəs bu xidmətlərdən tam ödənişsiz şəkildə yararlana bilər.Mərkəzin əsas məqsədi bölgədə yaşayan əhalinin, xüsusilə də sosial cəhətdən həssas qrupların hüquqi məlumatlılığını artırmaq və onların hüquqlarının qorunmasına dəstək olmaqdır.
Əlaqə vasitələri:
E-poçt: qhimbolnisi@gmail.com
Telefon: 571 24 24 87
Ünvan: Bolnisi, Sulxan-Saba Orbeliani küçəsi 101a


