Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusuna həsr olunmuş Azərbaycan–Gürcüstan Media Forumu öz işini yekunlaşdırıb
Regionpress.ge xəbər verir ki, tədbirdə hər iki ölkənin aparıcı media qurumlarının nümayəndələri və ekspertlər iştirak ediblər.Forum çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” və “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzularında panel sessiyalar keçirilib
Sessiyalarda regionda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, media sahəsində əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında təcrübə mübadiləsinin dərinləşdirilməsi müzakirə olunub.Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva forumda çıxışı zamanı bildirib ki, tədbir informasiya təhlükəsizliyinin gücləndirilməsi, qurumlararası koordinasiyanın artırılması və media sahəsində regional əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir
Onun sözlərinə görə, foruma Gürcüstandan 40-dan çox media nümayəndəsi və ekspert qatılıb və bu platforma hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim etmək baxımından mühüm rol oynayıb
Azərbaycan və Gürcüstan arasında uzun illərdir davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri bu gün Cənubi Qafqazın siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biri kimi çıxış edir. Enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində formalaşmış əməkdaşlıq modeli regional və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır
Qeyd edək ki, Bakıda ilk dəfə təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumu bu çoxşaxəli tərəfdaşlığın daha da gücləndirilməsinə töhfə verib.Forumda Regionpress media platformasının və eyni adlı Regionpress.ge xəbər portalının təsisçisi və rəhbəri Rezo Həsənov da iştirak edib.




