10.1 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeİdmanAlbaniya niyə cərimələnib?

Albaniya niyə cərimələnib?

Gürcüstanın dövlət himni səsləndirilərkən fit çalındığına görə Albaniya cərimələnib.

Regionpress.ge xəbər verir ki, bu barədə UEFA qərar verib.

Millətlər Liqasının ötən görüşlərində Albaniyada keçirilən oyunlar zamanı yerli azarkeşlər UEFA-nın bir neçə nizamnaməsini pozublar.

Qayda pozuntusu Ukrayna və Gürcüstanla keçirilən görüşlərdə baş verib. Bununla bağlı UEFA Albaniya Futbol Federasiyasını cərimələyib:

“Etika və İntizam Komissiyası alban azarkeşlərin Ukrayna-Albaniya (7 sentyabr 2024) və Albaniya-Gürcüstan (10 sentyabr 2024) matçlarında baş verən qanun pozuntularına görə Futbol Federasiyasını 41,250 avro cərimələyib”, – UEFA-nın rəsmi açıqlamasında qeyd edilib.

Federasiya Gürcüstanla matçda alban azarkeşlərin gürcü azarkeşin yolunu kəsməsinə görə 18,000 avro, qonaqların tribunasına əşyalar atıldığına görə 4,750 avro, dövlət himninin səsləndirilməsi zamanı fit çaldığına görə isə 12,500 avro cərimələnib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments