14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeDünyaAlmaniyanın Kəşfiyyat Xidmətinin rəhbəri - 2030-cu il üçün Rusiya Qərb dövlətləri ilə...

Almaniyanın Kəşfiyyat Xidmətinin rəhbəri – 2030-cu il üçün Rusiya Qərb dövlətləri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resurslara malik olacaq

Rusiya Qərb ölkələri ilə real hərbi qarşıdurmaya hazırlaşmağa davam edir – bu haqda Almaniyanın Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal bildirir.

Bruno Kalın dediyi kimi, ilk növbədə Rusiya NATO-nun hansısa bir ölkəsi üçün fövqəladə vəziyyət yaratmağa çalışacaq, bu zaman alyansın digər üzvləri müvafiq reaksiya verməyəcəklər.

Regionpress.ge xəbər verir ki, Kəşfiyyat Xidmətinin rəhbəri ərazi təmizlənməsi məqsədilə Norveçin Svalbard arxipelağına mümkün qısamüddətli hücumu nümunə kimi çəkib. Məlum olduğu kimi, Rusiyanın Svalbardda xüsusi hüquqları var, lakin eyni zamanda, Oslonun arxipelaqda əcnəbilərə münasibətdə siyasəti son illərdə sərtləşib.

Kal daha bir variant kimi Rusiyanın yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrlə münaqişəsini nəzərdən keçirir.

“Oxşar münaqişələr zamanı NATO Nizamnaməsinin 5-ci maddəsi işə salınmazsa, müdafiə alyansı kimi NATO-nu məğlubiyyət gözləyir, Rusiya Federasiyasının məqsədi məhz budur. Əgər yardım göstərmək öhdəliyi səmərəsiz olarsa, Rusiya aqressiv güc siyasəti ilə Avropada öz təsirini genişləndirə bilər” – Almaniyanın Federal Kəşfiyyat Xidmətinin rəhbəri bildirir.

Bruno Kal bildirib ki, 2030-cu il üçün Rusiya Qərb dövlətləri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resurslara malik olacaq.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments